Sahibsiz Uşaqlara Kömək İB uşaqların zorakılığa məruz qalması hallarını kəskin şəkildə pisləyıb

Sahibsiz Uşaqlara Kömək İB uşaqların zorakılığa məruz qalması hallarını kəskin şəkildə pisləyıb "Bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri"
Hadisə
27 avqust 2017 13:19
Sahibsiz Uşaqlara Kömək İB uşaqların zorakılığa məruz qalması hallarını kəskin şəkildə pisləyıb

Bakı. 27 avqust. REPORT.AZ/ Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması ilə bağlı bəyanat yayıb.

"Report"un xəbərinə görə, bəyanatda bu cür neqativ hadisələr kəskin şəkildə pislənir, dövlətin bu istiqamətdə ölçü götürəcəyinə inam qeyd olunur.

"Son günlər yerli mediada uşaqların cinsi təcavüzə və zorakılığa məruz qalması xəbərləri cəmiyyəti narahat etməkdədir. Beyləqanda 12 yaşlı qızın da bu cür hadisə ilə qarşılaşması xəbəri diqqəti qız uşaqları və yeniyetmələrin zorakılıqdan müdafiə edilməsi və bu sahədə ciddi maarifləndirmə işlərinin artırılmasını zəruri edir. Muşahidələrimiz onu göstərir ki, son iki ayda mətbuat vasitəsilə belə hadisələrə daha çox rast gəlinir.

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi olaraq, bu cür neqativ hadisələri kəskin şəkildə qınayır, dövlətin bu istiqamətdə ölçü götürəcəyinə inanırıq. Ümid edirik ki, təcavüz edən şəxslər öz layiqli cəzalarını alacaqlar. Həmçinin təşkilat olaraq təcavüzə məruz qalan uşaqların hüquqlarının müdafiə olunmasına da dəstək göstərməyə hazırıq. Gələcəyimiz olan uşaqlara sahib çıxaq və qoruyaq", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Beynəlxalq Uşaq Təşkilatı olan UNİCEF-ın açıqlamasına görə hər il dünyada 1 milyon 500 min uşaq zorakılığa məruz qalır.

Son xəbərlər

Orphus sistemi