Şahbaz Xuduoğlu və Nigar Köçərlinin pullarını oğurlayan şəxslər tutulub

Şahbaz Xuduoğlu və Nigar Köçərlinin pullarını oğurlayan şəxslər tutulub Araşdırmalar davam etdirilir
Hadisə
444
7 Noyabr , 2016 11:51
Şahbaz Xuduoğlu və Nigar Köçərlinin pullarını oğurlayan şəxslər tutulub

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, DİN-in və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıblar. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülüb.

Nəsimi RPİ tərəfindən V.Səlimovun və F.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus “Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları müəyyən edlib.

Araşdırmalar zamanı V.Səlimovun sentyabrın 26-da Nigar Köçərlinin müdir işlədiyi “Qanun” Nəşriyyatı MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması, həmçinin həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi