​Bilik günü Cəlilabadda şagird intihar edib

​Bilik günü Cəlilabadda şagird intihar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Sentyabr , 2015 11:50
​Bilik günü Cəlilabadda şagird intihar edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə “Report”a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, rayonun Gülməmmədli kənd sakini, 12 yaşlı T.Ə. özünü həyətlərindəki yardımçı tikilidə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə 15 sentyabr – Bilik günündə baş verib.

Son xəbərlər

Orphus sistemi