Yuxarı
    Bağlamaq

    Şadlıq sarayının sahibi 1 il müddətinə azadlıqdan məhrum edilib

    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub

    Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə N.Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, N.Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

    N.Əliyevin 20 yaşlı oğlu Asim Əliyev ötən həftə dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi