Şadlıq evlərində ciddi qanun pozuntuları aşkarlanıb

Şadlıq evlərində ciddi qanun pozuntuları aşkarlanıb Vergi bəyannamələrində on minlərlə manat gəlir göstərmələrinə baxmayaraq, əmək haqqı hesablanmayıb
Hadisə
6 Aprel , 2015 15:01
Şadlıq evlərində ciddi qanun pozuntuları aşkarlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası ölkədə fəaliyyət göstərən şadlıq evlərində ciddi qanun pozuntuları aşkar edib. 

"Report"un xəbərinə görə, Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib ki, şadlıq evləri xidmətləri göstərən bir sıra fiziki şəxslər tərəfindən vergi bəyannamələrində on minlərlə manat gəlir göstərmələrinə baxmayaraq, əmək haqqı hesablanmayıb.

Bundan başqa, şadlıq evlərində fəaliyyət göstərməsi üçün minumum zəruri peşələr nəzərə alındıqda işçi sayları şadlıq evinin fəaliyyət xüsusiyyətinə və cəmi sahəsinə uyğun olmayıb, şadlıq evləri üzrə orta gündəlik dövriyyə az, bir sıra vergi ödəyicilərində xərclər yalnız əmək haqqı və sosial ayırmalardan ibarət olub, xərclərə daxil edilən əmək haqqı hesablanıb əmək haqqından dəfələrlə az olub, şadlıq evi xidmətləri göstərən bəzi vergi ödəyiciləri tərəfindən vergi ilini zərərlə başa vurduqları göstərilməsinə baxmayaraq, səbəbləri vergi yoxlamaları ilə araşdırılmayıb.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi