Saday Şəkərlinin məhkəməsinin vaxtı açıqlanıb

Saday Şəkərlinin məhkəməsinin vaxtı açıqlanıb İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq
Hadisə
9 Mart , 2016 12:04
Saday Şəkərlinin məhkəməsinin vaxtı açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəməsinin vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 11-nə təyin edilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi