Sabunçuda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Sabunçuda oğurluqla məşğul olan dəstə üzvləri tutulub Onlar vətəndaşların evindən pul və qiymətli əşyalar oğurlayıblar
Hadisə
29 Sentyabr , 2014 15:27
Sabunçuda oğurluqla məşğul olan dəstə üzvləri tutulub
Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan dəstə üzvləri tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci və 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Bakı şəhər sakinləri Ə.Mahmudovun, M.Şərifovun, D.Eyvazovun və E.Eyvazovun evlərindən pul, qızıl və bəzək əşyaları oğurlamış paytaxt sakinləri Xaliq Cəfərov, Həsən Kamilzadə və Samir Hüseynov saxlanılıb. X.Cəfərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 21-də S.Əliyevanın evindən 2 ədəd mobil telefon və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi