Yuxarı

Sabunçuda yanğın hadisəsi baş verib, iki yaşlı uşaq ölüb

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, Ramana qəsəbəsi Elşən Məhərrəmov küçəsində fərdi yaşayış evində qeydə alınan hadisə zamanı mənzildə iki yaşlı uşağın meyiti tapılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğının qarşısı alınıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi