Sabunçuda yanan Təcili Tibbi Yardım maşınının içərisində xəstə olub - VİDEO - YENİLƏNİB-2

Sabunçuda yanan Təcili Tibbi Yardım maşınının içərisində xəstə olub - VİDEO - YENİLƏNİB-2 Hadisə xəstəxananın yaxınlığında baş verib
Hadisə
17 İyul , 2017 11:14
Sabunçuda yanan Təcili Tibbi Yardım maşınının içərisində xəstə olub - VİDEO - YENİLƏNİB-2

Bakı. 17 iyul. REPORT.AZ/ Sabunçu rayonunda Təcili Tibbi Yardım maşını yanıb. Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, yanğın avtomobildə baş vermiş qısaqapanmadan yaranıb. Sürücü və ətrafdakılar avtomobili təmir etmək istərkən qəfil alışma baş verib, tez bir zamanda yanğın maşını bürüyüb.


*** 00:33

Bakı. 17 iyul. REPORT.AZ/ 12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar. "Report"un xəbərinə görə, onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.


*** 00:09

Bakı. 17 iyul. REPORT.AZ/ Sabunçu rayonunda yanğın baş verib. "Report"un məlumatına görə, hadisə 3 saylı xəstəxanaya yaxın ərazidə baş verib. Təcili Tibbi Yardım maşını yanıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, zərərçəkən yoxdur. 

Son xəbərlər

Orphus sistemi