Sabunçuda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb

Sabunçuda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Avqust , 2018 12:11
Sabunçuda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 16-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi