Sabunçuda qayın yeznəsini güllələyib - YENİLƏNİB

Sabunçuda qayın yeznəsini güllələyib - YENİLƏNİB Bakı. 11 dekabr. REPORT.AZ/  Bakıda qayın yeznəsinə və onun atasını güllələyib.
Hadisə
11 Dekabr , 2017 09:48
Sabunçuda qayın yeznəsini güllələyib - YENİLƏNİB

Bakı. 11 dekabr. REPORT.AZ/  Bakıda qayın yeznəsinə və onun atasını güllələyib.

"Report"un məlumatına görə, Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Tanrıverdiyev Vüsal Tufan oğlu Ramana qəsəbəsində yaşayan yeznəsi Rəsulov Anar Vaqif oğlunun yaşadığı evə yollanaraq orada ona ov tüfəngi ilə atəş açıb. A.Rəsulov yaralanıb. Hadisə zamanı evdə olan A.Rəsulovun atasının da xəsarət aldığı bildirilir.

Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


***9:27

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakı sakini iki nəfəri güllələyib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 

Belə ki, həmin qəsəbənin sakinləri Rəsulov Vaqif və onun oğlu Rəsulov Anar adlu silahdan açılan atəşlə xəsarət alıb. Yaralı ata və oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


Son xəbərlər

Orphus sistemi