Sabunçuda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sabunçuda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehralı Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
17 Dekabr , 2019 12:16
Sabunçuda qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mehralı Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin sentyabr ayında Zabrat-1 qəsəbəsində baş verib. M.Vəliyev minik avtomobili ilə yolu keçmək istəyən piyada, 1960-cı il təvəllüdlü Əhmədova Nərminə Mirtağı qızını vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib.

M.Vəliyevə Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi