Sabunçuda qadın qəzada ağır xəsarət aldı

Sabunçuda qadın qəzada ağır xəsarət aldı Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
17 Aprel , 2021 05:37
Sabunçuda qadın qəzada ağır xəsarət aldı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Qasımova Sevda Nazim qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi