Sabunçuda ölümə səbəb olan sürücünün məhkəməsi başlayır

Sabunçuda ölümə səbəb olan sürücünün məhkəməsi başlayır Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
28 Sentyabr , 2019 11:21
Sabunçuda ölümə səbəb olan sürücünün məhkəməsi başlayır

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azər Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Fəqan Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub. Eldar Bəhramov hadisə yerində ölüb.

A.Tağıyevə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi