Sabunçuda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib

Sabunçuda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib Bakı. 13 dekabr. REPORT.AZ/ Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.
Hadisə
13 Dekabr , 2018 10:23
Sabunçuda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi