Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var

Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 İyul , 2021 04:20
Sabunçuda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1983-cü il təvəllüdlü Tağıyev Elvin Telman oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi