Sabunçuda hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb

Sabunçuda hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
9 May , 2017 16:35
Sabunçuda hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 9 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən Rzayev Sahil Xalid oğlu, Vəliyev Niftəli Əşrəf oğlu, Əliyev Anar Yusif oğlu, Bünyadov Elvin Hatif oğlu, Əhmədov Lətif Süleyman oğlu və Osmanov Teymur Adilxan oğlu barələrində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvləri olan həmin şəxslər 2015-ci ildə saxlanılıb. Daha sonra Sabunçu Rayon Məhkəməsinin hökmü ilə S.Rzayev 6 il 5 ay 15 gün, N.Vəliyev 5 il 11 ay 10 gün, A.Əliyev 5 il 11 ay, E.Bünyadov 6 il 1 ay 15 gün, L.Əhmədov 5 il 11 ay 20 gün, T.Osmanov 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi