Bakı. 8 avqust. REPORT.AZ/ Sabunçu rayonunda orta yaşlı kişi evinin yaxınlığında bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində qeydə alınıb.
Paytaxt sakini 33 yaşlı Heybət Əliyev dediyinə görə tanımadığı şəxs tərəfindən yaşadıqları məhlədə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşıb.
H.Əliyevi həkimlər əməliyyat ediblər. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Fakt Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.