Sabunçuda sürücü qəza törədib, həyat yoldaşı ölüb

Sabunçuda sürücü qəza törədib, həyat yoldaşı ölüb Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 dekabr 2019 08:36
Sabunçuda sürücü qəza törədib, həyat yoldaşı ölüb

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə dekabrın 29-da saat 14 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb.

Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “London Taxi” markalı avtomobillər toqquşub. Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi