Sabunçuda avtomobil 60 yaşlı piyadanı vurub

Sabunçuda avtomobil 60 yaşlı piyadanı vurub Arif Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
13 Fevral , 2018 01:50
Sabunçuda avtomobil 60 yaşlı piyadanı vurub
Report

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda, Şəhər şosesində qeydə alınıb.

99-MG-438 dövlət qeydiyyat nişanlı avtomobil 1958-ci il Nadirov Arifi vurub. Nəticədə o, xəsarət alıb.

A.Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi