Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Pirşağı qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasova Fatimə Natiq qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.