Sabunçuda 32 yaşlı kişini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Sabunçuda 32 yaşlı kişini bıçaqlayan şəxsin məhkəməsi başlayır Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Ceyhun Pənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Dekabr , 2019 10:09
Sabunçuda 32 yaşlı kişini bıçaqlayan şəxsin məhkəməsi başlayır

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Ceyhun Pənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Sabunçu rayonunda baş verib. İttihama görə, C.Pənahov Yeni Ramana qəsəbəsində 1987-ci il təvəllüdlü Səfərov Vüsal Şakir oğluna bıçaqla ağır xəsarət yetirib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi