Sabunçuda 26 yaşlı oğlan bıçaqlanıb

Sabunçuda 26 yaşlı oğlan bıçaqlanıb Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.
Hadisə
7 Avqust , 2019 00:51
Sabunçuda 26 yaşlı oğlan bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub. 

"Report" xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabunçu rayon Maştağa qəsəbəsi Mehti Hüseynzadə küçəsi sakini, Hüseynov Ülfət Vidadi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sağ döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. 

Ü. Hüseynovun hansı səbədən bıçaqlanması barədə dəqiq məlumat yoxdur. Hadisə ilə bağli polisə məlumat verilib, araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi