Bakı. 2 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yük qatarı qəza törədib.
“Report”un məlumatına görə, hadisə "Atəşgah" dairəsində baş verib.
Belə ki, "Lada" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Nəticədə sürücü idarəetməni itirib və maşın qatara çırpılıb.
Hadisə nəticəsində sürücü Xeyirbəyov Akif Namaz oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

