Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub - FOTO

Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub - FOTO Sürücü yaralını öz maşını ilə xəstəxanaya çatdırıb
Hadisə
27 Dekabr , 2014 10:48
Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub - FOTO

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qəza zamanı qadın piyada vurulub. "Report"un məlumatına görə, qəza Şəhər şosesi döngə 5 ünvanında qeydə alınıb. Şəhər istiqamətində "Mercedes"  markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhrəmov yolu keçmək istəyən piyada 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını avtomobilinə əyləşdirərək 3 Saylı Xəstəxanaya aparıb. Xəstəxanadan piyadanın vəziyyətinin ağır olduğunu bildiriblər.  Xəstəxanada olan sürücü Rəşad Bəhrəmov ifadəsinın alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. 

Faktla bağlı araşdırmalar aparılır.

 

Son xəbərlər

Orphus sistemi