Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bu barədə "Report"a Sabunçu Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Məlumata əsasən, Bakıxanov qəsəbəsində Yusifov Şamo Nizami oğlu naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Sabunçu RPİ və 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Çobanov Sərxan İltizam oğlu saxlanılıb. O, Gürcüstan vətəndaşıdır.