Bakı. 12 mart. REPORT.AZ/ Gecə saatlarında paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
"Report" xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.