Bakı. 28 noyabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Sabunçu rayonunda mənzildə 1934-cü il təvəllüdlü Soşarin Aleksandr Pavloviç bağlı qapı arxasında qalıb.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
S.Aleksandrın cəsədi aidiyyəti üzrə təhvil verilib.