Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib 32 yaşlı paytaxt sakini hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb
Hadisə
208
18 Dekabr , 2014 04:01
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 32 yaşlı paytaxt sakini hələlik adı istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Adil Əlibalayev küçəsi 2 saylı binanın həyətində baş verib.

Bıçaq xəsarəti alan Elvin Yaşar oğlu Mahmudov ailə üzvləri tərəfindən 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

Yaralı əməliyyat olunduqan sonra palataya yerləşdirilib.

Hadisə barədə aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verilib.

Polis əməkdaşları xəstəxanada müalicə olunan Elvin Mahmudovun izahatını alıblar. Zərərçəkən yıxıldığını bildirsə də, tibbi ekspertizanın rəyindən sonra onun başına gələn hadisəyə hüquqi qiymət veriləcək.

Son xəbərlər

Orphus sistemi