Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Maştağa qəsəbəsi sakini Allahverdiyev Nicat Ələsgər oğlu yolu keçərkən onu maşın vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilmiş və sağ əlinin sıyrılmış yarası diaqnozu qoyulub.