Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Rzayev Azad Elman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub.