Sabunçu rayonunda 49 yaşlı piyadanı avtomobil vurdu

Sabunçu rayonunda 49 yaşlı piyadanı avtomobil vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 İyul , 2020 06:57
Sabunçu rayonunda 49 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1971-ci il təvəllüdlü Həsənov Rasim inqilab oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi