​Sabunçu Rayon Polis İdarəsinin qarşısında aksiya keçirən dindarlar bu gün məhkəməyə aparılacaq

​Sabunçu Rayon Polis İdarəsinin qarşısında aksiya keçirən dindarlar bu gün məhkəməyə aparılacaq “Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı məhkəmə qərarından sonra məlum olacaq”
Hadisə
6 Noyabr , 2015 10:06
​Sabunçu Rayon Polis İdarəsinin qarşısında aksiya keçirən dindarlar bu gün məhkəməyə aparılacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq.

Bu barədə “Report”a Sabunçu RPİ-dən məlumat verilib.

“Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq”, - idarədən bildirilib.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi