Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib

Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib Döyülən şəxs dava edənləri ayırmaq istəyib
Hadisə
27 İyun , 2017 07:41
Sabunçu bazarında dava düşüb, 1 nəfər xəstəxanaya yerləşdirilib
Courtesy İmage

Bakı. 27 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində dava baş verib.

“Report” xəbər verir ki, bazarda satıcı işləyən iki şəxs arasında mübahisə düşüb.

Əlbəyaxa dava zamanı iki şəxsi ayırmağa çalışan 1983-cü il təvəllüdlü Mustafayev Məvid Əvəz oğlu üz və bədən nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib. Davanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi