Sabunçu bazarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Sabunçu bazarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Bakının Sabunçu rayonunda baş vermiş yanğın söndürülüb.
Hadisə
28 Noyabr , 2019 02:01
Sabunçu bazarında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakının Sabunçu rayonunda baş vermiş yanğın söndürülüb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bazar ərazisində ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***23:31

Sabunçu bazarında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi