Yuxarı

Sabunçuda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Onlar vətəndaşların evindən pul və qiymətli əşyalar oğurlayıblar

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluqla məşğul olan dəstə üzvləri tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci və 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Bakı şəhər sakinləri Ə.Mahmudovun, M.Şərifovun, D.Eyvazovun və E.Eyvazovun evlərindən pul, qızıl və bəzək əşyaları oğurlamış paytaxt sakinləri Xaliq Cəfərov, Həsən Kamilzadə və Samir Hüseynov saxlanılıb. X.Cəfərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 21-də S.Əliyevanın evindən 2 ədəd mobil telefon və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi