Yuxarı

Sabunçu rayonunda avtomobil piyada qadını vurub

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı qəsəbə ərazisində Bakı şəhər sakini Elnarə Eyvazova hələ ki, müəyyən edilməyən avtomobillə vurulub. Piyada hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ əməkdaşları tərəfindən piyadanı vuran sürücünün axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi