Yuxarı

Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Faktla bağlı araşdırma aparılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-u saat 00:30 radələrində Bakı şəhərinin Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəsəbənin Ə.Məmmədəliyev küçəsində 1991-ci il təvəllüdlü Yusif Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə 1961-ci il təvəllüdlü Adıgözəl Gözəlovu vurub. Nəticədə A.Gözəlov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi