Şabrandakı qəzada 2 nəfər ölüb, yaralananlar var - SİYAHI

Şabrandakı qəzada 2 nəfər ölüb, yaralananlar var - SİYAHI Quba-Bakı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin adları məlum olub
Hadisə
6 May , 2021 10:38
Şabrandakı qəzada 2 nəfər ölüb, yaralananlar var - SİYAHI

Quba-Bakı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin adları məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Şabran rayonu Gəndab qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "LADA Priora" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

"LADA Priora" markalı avtomobildə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Xəyal Şayvələd oğlu Əhmədxanlı və Quba rayonu İqriq kənd sakini, 1993-cü il təvəllüdlü Əli Ağadadaş oğlu Əzizov hadisə yerindən ölüb.

Quba rayonu İqriq kənd sakinləri - 1994-cü il təvəllüdlü Kənan Mətləb oğlu Abdullayev, 1990-cı il təvəllüdlü Hüseyn Füzuli oğlu Babayev və 1989-cu il təvəllüdlü Əmri Şahvələd oğlu Əhmədov ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

"Mercedes" markalı avtomobilin sürücüsünün Quba rayonunda yerləşən xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi