Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB-2

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB-2 Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı iki nəfərə çatıb.
Hadisə
31 Oktyabr , 2019 20:09
Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB-2

Şabran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı iki nəfərə çatıb.

"Report" Şimal bürosu xəbər verir ki, hadisə zamanı müxtəlif bədən xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Vasif İsmayılov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib. 


*** 17:53

Şabran rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.  


*** 16:21

Şabran rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Qəndob-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi