Şabranda yol-nəqliyyat hadisəsi zamanı ölənin kimliyi bəlli olub - FOTO - YENİLƏNİB

Şabranda yol-nəqliyyat hadisəsi zamanı ölənin kimliyi bəlli olub - FOTO - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
17 İyun , 2016 20:05
Şabranda yol-nəqliyyat hadisəsi zamanı ölənin kimliyi bəlli olub - FOTO - YENİLƏNİB

Şabran. 17 iyun. REPORT.AZ/ Şabran rayon ərazisinin Gəndov massivində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bəlli olub.

"Report" xəbər verir ki, bu, rayonun Gəndov kənd sakini 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.

Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralılar - Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlunun və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğlunun vəziyyəti isə hazırda ağır olaraq qalır. Onlar kəllə-beyin zədəsi alıblar.

***17:09

Şabran rayon ərazisinin Gəndov massivində yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Şimal bürsounun xəbərinə görə, “Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Ölənin kimliyi məlum olmasa da, yaralıların adları müəyyənləşdirilib. Bunlar Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şixalıyev Elşən Rasim oğlu və Şabran rayon Mollakamallı kənd sakini 1958-ci il təvəllüdlü Musayev Atakişi Ramazan oğludur.

Hadisə yerinə xəstəxananın iki təcili tibbi yardım maşını göndərilib. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi