Şabranda yaşlı kişini avtomobil vurub

Şabranda yaşlı kişini avtomobil vurub Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
22 İyun , 2018 04:56
Şabranda yaşlı kişini avtomobil vurub

Bakı. 22 iyun. REPORT.AZ/ Şabran rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində baş verib.

1966-cı il təvəllüdlü Məmmədov Telman Arif oğlu yaşadığı evə gedərkən onu minik avtomobili vurub. 

Yaralı təcili yardım maşını vasitəsilə rayon xəstəxanasına yerləşdirilib. Lakin yaralının vəziyyəti ağır olduğundan o, daha sonra Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi