Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib
Hadisə
5 Aprel , 2021 14:48
Şabranda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini R.Ağamirzəyevə koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin olunub və müalicə müddəti ərzində yaşayış yerini tərk etməməsi, qaydalara ciddi riayət etməsi tapşırılıb.

Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yoxlanılması zamanı isə həmin şəxsin qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

R.Ağamirzəyevin olduğu yer polis əməkdaşları tərəfindən qısa müddət ərazində müəyyənləşdirilib və o, yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi