Şabranda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

Şabranda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub Şabran. 12 noyabr. REPORT.AZ/ Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3271
12 Noyabr , 2018 22:41
Şabranda vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

Şabran. 12 noyabr. REPORT.AZ/ Şabran rayonu Uzunboyad kəndində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Uzunboyad kəndinin sakini, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi "VAZ-2107" markalı, 90-XF-512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub.

S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı  tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Tofiq Muradovun Uzunboyad kənd bələdiyyəsinin sədri Rafiq Muradovun oğlu olduğu bildirilir.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi