Yuxarı
    Bağlamaq

    Şabranda toyda bıçaqlanma hadisəsi baş verib

    Zülfüqar Cəfərov bıçaqlanaraq yol kənarına atılıb

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında Şabran rayonunun Padar kəndində keçirilən toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Zülfüqar Əlyulla oğlu Cəfərov qarın boşluğundan bıçaq zərbəsi alıb.

    Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrah həkimi Qürbət Niftəliyev "Report"a bildirib ki, bıçaqlanan şəxs yol kənarından tapılıb.

    İlkin məlumatlara görə, o toyda bıçaqlandıqdan sonra yol kənarına atılıb. Dərhal cərrahiyə otağına alınan Zülfüqar Cəfərovun vəziyyəti orta ağırdır.

    Hadisə yerinə Şabran rayon Polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi