Şabranda tövlə yanıb, mal-qara və ev quşları tələf olub

Şabranda tövlə yanıb, mal-qara və ev quşları tələf olub Şabran rayonunun Rəhimli kəndində tövlədə yanğın olub, iribuynuzlu heyvan və ev quşları tələf olub.
Hadisə
13 noyabr 2023 07:49
Şabranda tövlə yanıb, mal-qara və ev quşları tələf olub

Şabran rayonunun Rəhimli kəndində tövlədə yanğın olub, iribuynuzlu heyvan və ev quşları tələf olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda baş verib.

Belə ki, tövlənin içərisindəki 15 baş iribuynuzlu heyvan və 100-ə yaxın ev quşu 1500 ədəd ot bağlaması ilə birlikdə yanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi