Şabranda torpaq sürüşməsinə məruz qalan sakinlər çadırlara köçürülüb - FOTO - VİDEO

Şabranda torpaq sürüşməsinə məruz qalan sakinlər çadırlara köçürülüb - FOTO - VİDEO Kənd ərazisində 5 ev sürüşməyə məruz qalıb və həmin evlərdə yaşamaq təhlükəlidir
Hadisə
10 Mart , 2017 18:17
Şabranda torpaq sürüşməsinə məruz qalan sakinlər çadırlara köçürülüb - FOTO - VİDEO
Report.az

Şabran. 10 mart. REPORT.AZ/ Şabran rayonunun Qazıbabalı kəndində torpaq sürüşməsinə məruz qalan sakinlər çadırlara köçürülüb.

Bu barədə "Report"un Şimal bürosuna kənd icra nümayəndəsinin müavini Fürsət Təhməzov məlumat verib. 

Onun sözlərinə görə, müvafiq qurumların nümayəndələri əraziyə baxış keçirib və kənddə yaşamaq təhlükəli olduğu üçün sakinlər çadırlara köçürülüb: "Sürüşməyə böyük bir ərazini əhatə edir. Əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Torpaq sürüşməsi aktiv olaraq qalır. Buna görə də FHN-nin əməkdaşları tərəfindən kəndin ərazisində ilkin mərhələdə 4 çadır quraşdırılıb. Əgər ehtiyac yaranarsa əlavə çadırlar gətiriləcək. Kənd ərazisində 5 ev  sürüşməyə məruz qalıb və həmin evlərdə yaşamaq təhlükəlidir. Ailələrdən biri qohumlarının evində məskunlaşıb".

Xatırladaq ki, fevralın 27-də Şabran rayonunun Qazıbabalı kəndi ərazisində torpaq axını kənd sakinləri - Yehya Əliyev, Əlikram Əliyev, İmaməddin Əliyev, Faiq Əliyev və Naziyyət Mirzəyevanın evlərinə ciddi ziuyan vurub. Kənd sakini Abdulla Əliyevə məxsus tövlədə 25 baş xırdabuynuzlu heyvan torpaq sürüşməsi nəticəsində dağıntının altında qalaraq tələf olub. Qazbabalı kəndinə gedən yol da dağılıb. Sakinlər deyir ki, son günlər yağan yağıntılardan sonra sürüşmə aktivləşib.

Son xəbərlər

Orphus sistemi