"SƏBA" MMC-nin sexində yanğın olub

"SƏBA" MMC-nin sexində yanğın olub Şabranda yanğın hadisəsi qeydə alınıb
Hadisə
18 Dekabr , 2014 00:11
SƏBA MMC-nin sexində yanğın olub

Bakı. 18 dekabr. REPORT.AZ/ Şabranda yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran şəhərində vətəndaşa məxsus "SƏBA" MMC-nin ümumi sahəsi 1.500 kv.m olan broyler sexinin döşəməsinə səpilmiş saman 1.200 kv.m sahədə, sexin içərisində olan 6 ədəd plastik qab və 2 p.m. plastik materiallar yanıb.

Yanğından sexin qalan hissəsi mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi