Şabranda qumbara tapılıb

Şabranda qumbara tapılıb Bu gün saat 14:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)Şabran şəhəri, Sülh küçəsi ilə H.Nağıyev küçələrinin kəsişməsində 1 ədəd əl qumbarasının tapılması barədə
Hadisə
2 Sentyabr , 2020 20:05
Şabranda qumbara tapılıb

Bu gün saat 14:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şabran şəhəri, Sülh küçəsi ilə H.Nağıyev küçələrinin kəsişməsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Şabran Rayon Polis Şöbəsinin və Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzərində partladıcısı olan (UZRQM) F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 60 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi