Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb

Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb Turist Bakıdakı xəstəxanalardan birinə gətirilib
Hadisə
22 İyun , 2017 03:04
Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb
Courtesy İmage

Quba. 22 iyun. REPORT.AZ/ Şabran-Dəvəçi yolunda ərəb turistin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi xəbərə görə, axşam saatlarında taksi kimi fəaliyyət göstərən minik avtomobili Şabran rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı səkiyə çırpılıb.

Nəticədə maşında olan sərnişin, Səudiyyə Ərəbistanı vətəndaşı, 1948-ci il təvəllüdlü Məhəmməd Əbdültalib Mustafa xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi